Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, Aysun sözləri və musiqisi Elçin Məhərrəmova məxsus “Düşmənlər” adlı bəstəyə ekran həyatı verib.
Rəşad Həsənovun rejissorluq etdiyi klip cəmi bir günə, paytaxt hotellərinin birində lentə alınıb. Ekran əsərində tərk edilmiş qadın obrazını canlandıran A.İsmayılova cəsarətli addımı ilə diqqətləri öz üzərinə cəmləyib.
İfaçı klipə gecə geyimində duşun altında çəkilib. Sosial şəbəkədə qısa olaraq paylaşılan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu hərəkəti İsmayılovaya yaraşdırmasalar da, ifaçı obraz yaratdığını dilə gətirib.
Hamam otağında duşun altında “Düşmənlər” oxuyan İsmayılova klipi ilə bağlı bunları deyib: “Elə ən çətin və əziyyətli səhnə məhz duşda olandır. Çünki gözlərimdən linzanı çıxarmağı unutmuşdum” (gülür).
Rəşad Əliyev