Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azər Zahiddən Pərvin Abıyevaya: “TikTok”da 35 min dollar qazanmaq absurddur” - VİDEO
“TikTok”dan 35 min dollar qazanc söhbəti absurddur”.
Oxu.Az xəbər verir ki, bu sözləri aparıcı Azər Zahid MTV-də yayımlanan “10-da görüşək” verilişində qonaq olarkən bildirib.
O, bu sözləri bir müddət əvvəl qalmaqal yaşadığı Pərvin Abıyevanın “TikTok”dan 35 min dollar qazanmışam” açıqlamasına münasibət bildirərkən deyib.
“TikTok”dan nə qədər gəlir əldə etdiyini açıqlamaq istəməyən Azər aktrisanın söylədiyi rəqəmlərin absurd olduğunu qeyd edib:
“35 min dollar qazanc söhbəti absurddur. 200, 500, 1000 dollar qazanmaq realdır, ancaq 35 min dollar yox. “TikTok”da peşəkar yayım edirəm. Qazanc əvvəl 30 faiz verirdisə, bu, 50-yə qalxıb. İndi mən yayımda olduğum üçün platforma ödəniş verir. Öz qazancımın qədərini isə açıqlamayacam. Bu, elə bir şeydir ki, qazandığımın artığını insanlara atıb dəstək oluram. Hamı bir-birinə dəstək olur, ortada platforma qazanır”.
Ətraflı süjetdə:
Dilşad Bəhruzqızı
Rəylər