Gələn ay Azərbaycanda konsert verməyi planlaşdıran türkiyəli müğənni Demet Akalının evi qarət olunub.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda Twitter hesabında məlumat yayıb:
“Evimdən oğurlanan pullarla Marmarisdə əyləncə məkanı açan çoxbilmişlər rol dəyişdirib məni konsertə çağırırlar! Allah bəlanızı versin, bu mübarək gündə!...Mənim alın tərimi oğurladığınız üçün hər damlası irin-qan olsun. Sürüm-sürüm sürünün. O, biri dünyada yatmağa yeriniz yoxdur!”.