Tanınmış teleaparıcı Murad Arif toyundan iki il sonra reallaşdıra bildiyi bal ayından qayıdıb.
Oxu.Az xəbər verir ki, teleaparıcı ANS PRESS-ə açıqlamasında, 2011-ci ilin sentyabrında evlənsə də, bunu ancaq 2013-ün iyul ayında edə bildiyini deyib:
“Belə alındı ki, toyumuzdan sonra tədbirlərim və çəkilişlərimdən səyahətə, bal ayına çıxa bilmirdik. Sonra isə oğlumuzun yolunu gözləməyə başladıq və səyahət yada düşmürdü. İndi bir təhər vaxt edib, telefonları söndürüb tam 1 aylıq bal ayına getdik. Mika da bizimlə. Stokkolmda yerləşdik. Qaynatam və qaynanam orada yaşayır. Onlar Mikaya baxırdı, biz də şəhərdən, təbiətdən, ekologiyadan və şopinqdən zövq alırdıq”.














www.oxu.az