Ssenarisini yazdığı, rejissoru olduğu və baş rolda oynadığı “Möcüzə” filmi ilə 3 milyondan çox tamaşaçı toplayan Mahsun Kırmızıgül bütün səhnə təkliflərini rədd edir.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiyada yaşayan və adı açıqlanmayan azərbaycanlı milyarder müğənniyə səhnəyə çıxması üçün 1 milyon 200 min TL təklif edib. Müğənni təklifi rədd etməsini “əgər bir gün səhnəyə geri dönsəm, bu xalq konserti şəklində olacaq. Əmin olun ki, məqsədim daha çox pul qazanmaq olsaydı, mahnı oxumağa davam edərdim” sözləri ilə şərh edib.