Ölkəmizi Rusiyanın “Qolos” yarışmasında təmsil edən gənc müğənni Fərid Əsgərova Azərbaycan dilində mahnı oxumaq qadağan edilib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, müğənnin sözlərinə görə yarışmada ona ana dilində mahnı oxuması üçün şərait yaratmırlar:
“Mən qorxuram ana dilində mahnı ifa edim, imkan belə yaratmırlar. Ancaq xarici və rus dilində mahnı oxumağına imkan yaradılır”.
Hələ qarşıda onu çətin sınaqların gözlədiyini söyləyən müğənni dekabrın 5-də həyəcanlı tura hazırlaşır. O, artıq mahnı seçimini də etdiyini bildirib. Həmyerlilərini ona SMS-lə dəstək olmağa çağrıb.
Fərid Əsgərov Rusiya şou-biznesinin ən məşhur mahnılarını yarışmada səsələndirmək fikrindədir.