Azərbaycanlı rejissor Abbas Cəfərovun çəkdiyi klip YouTube-də 6 milyondan çox baxış sayı toplayıb.
Oxu.Az xəbər verir ki, azərbaycanlı rejissor Abbas Cəfərov Slimin ifasında (feat 5 Plyux) “Bıvşaya” mahnısına klip çəkib.
Rusiyada yaşayan rejissor miliyyətcə azərbaycanlıdır və yalnız rusiyalı ifaçılar üçün kliplər çəkir.
Onun “Bıvşaya” mahnısına çəkilmiş klipi YouTube-də 2012-ci ilin yanvarında yerləşdirilib və artıq bu gün üçün 6 milyondan çox baxış sayı və 11 mindən çox “layk” toplayıb.
Həmin videoçarxı sizlərə təqdim edirik.
Həmçinin xəbərdarlıq edirik ki, klipdə ədəbsiz ifadələrdən istifadə olunub və ona görə də, azyaşlıların baxması tövsiyyə edilmir.
www.oxu.az