Günel Zeynalova haqqında həbs qərarı verilib.
Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Günel keçmiş sevgilisi, iş adamı Rza Zərraba “səni başından güllələyərəm” deyərək hədələdiyi üçün 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Amma məhkəmə bu hökmün icrasını təxirə salıb.
R.Zərrab türkiyəli müğənni Ebru Gündeşlə münasibətə başlayandan sonra azərbaycanlı müğənninin onu bir neçə dəfə ölümlə hədələdiyini iddia etmişdi.
Günel R.Zərrabla telefon danışıqlarını mediaya təqdim etdiyi üçün də məhkəməlik olmuşdu. Sənətçiyə həmin vaxt verilən 9 aylıq həbs cəzası da təxirə salınmışdı.
Xatırladaq ki, Rza Zərrab 2013-cü ilin dekabrın 17-də rüşvət və qaçaqmalçılıq iddiası ilə həbs olunub.
