Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova xəstəxanaya yerləşdirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azəri qızı Günel İstanbuldakı Acıbadəm Xəstəxanasındadır. İfaçı paylaşdığı fotoya bu şərhi verib:
“Daş salmağın ağrısını çəkən bilər”.
Məlumata görə, Günel böyrəklərindəki problemə görə xəstəxanalıq olub.
