Müğənni Bahar Lətifqızı yeni klip çəkdirib.
Oxu.Az Strategiya.az-a istinadən xəbər verir ki, bu dəfə sözləri Nüsrət Kəsəmənliyə, musiqisi gənc bəstəkar-müğənni Fidan Süleymanovaya aid olan “Qayıtma”nı ekranlaşdırıb:
“Bu mahnını Azərbaycan və fars dillərində ifa etmişəm. Nüsrət Kəsəmənlinin sözlərini fars dilinə də tərcümə etmişik. Mahnı çox xoşuma gəldiyi üçün, düşündüm ki, klip də çəkdirim. Bu klipin bir hissəsini biz İsveçdə lentə aldırmışıq. Həmin hissə qarlı havada çəkilib. Amma sonradan qərar verdim ki, klipin bir hissəsi də Bakımızda çəkilsin. Bunun üçün də qış fəslinin gəlməsini gözləyirdim. Bakıda olan çəkilişi isə şəhərimizdəki otellərdən birində gerçəkləşdirdik. Artıq çəkilişlərimiz bitib. Klipin mövzusu mahnının sözlərinə uyğun olaraq lentə alınıb. Belə ki, xanım gedən sevgilinin qayıtmamasını istəyir”.
Sənətçi onu da bildirdi ki, bu klipdə fərqli imicdə görünəcək:
“Sənətçi olaraq tamaşaçıların qarşısına yeni imicdə çıxmağı özümə borc bildim. İnşallah Yeni İl ərəfəsində klipi tamaşaçılara təqdim edəcəm”.
Müğənni sonda onu da dedi ki, bu günlərdə Azərbaycan televiziyalarında yayımlanan verilişlərdən birinin çəkilişi üçün Türkiyəyə gedəcək.