İsrailli top model Bar Refaeli və anası Zipora Refaeli ölkə xaricində əldə etdikləri gəlir vergisini ödəmədikləri üçün həbs olunublar.
Oxu.Az xarici KİV-ə istiandla xəbər verir ki, Rafaelinin 257 min dollarlıq vergidən boyun qaçırdığı məlum olub.
Ölkə qanunlarına görə, daimi xaricdə olan İsrail vətəndaşları əcnəbi ölkələrdə əldə etdikləri gəlirlərin vergisindən azad olunurlar.
Bar Refaelinin xaricdə anası və qardaşının adına qeydiyyatda olan lüks evlərdə yaşadığı və ona verilən iki avtomobili adına qeyd etdirməyərək vergidən xilas olmağa çalışdığı aydın olub.
Polis məmurları tərəfindən evinə basqın edilən model və anası dünən məhkəmə qərarı ilə həbs olunub.
Aytən Sadıqzadə
www.oxu.az