Müğənni Beyonsun bədən quruluşu memarların diqqət mərkəzindədir.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, “Elenberg Fraser” adlı Avstraliya şirkəti ifaçının “Ghost” klipindəki bədən formasına uyğun göydələn ucaldacaq.
68 mərtəbəli bina 226 metr hündürlüyündə olacaq. Binada 660 mənzil, 160 otel və ticarət mərkəzi yerləşəcək.