Xalq artisti Brilliant Dadaşovanın Amerikanın Nyu-York şəhərində ermənilər tərəfindən “Big Apple Music Awards” mükafatı ilə təltif olunması barədə söz-söhbətlər səngimək bilmir.
Oxu.Az “Şoubiz+” verilişinə istinadla xəbər verir ki, xalq artisti festivalların birində yaşadığı ağrılı hadisədən də söz açıb:
“Azərbaycan incəsənətinə, musiqisinə dəyər verirlərsə, bu bizim musiqimizn gücüdür. Sənətimin qüvvəsidir ki, kimlər olur-olsun sənətimə qiymət verirlər. Mənə desələr ki, kosmosda həyat var, gəl sizin Azərbaycan musiqisini orada açacağıq, sizin Azərbaycan musiqisini orada mükafatlandıracağıq, sizin Azərbaycan musiqisini tamaşaçılar ifa edəcək, mən kosmosa da gedərəm.
Biz bir az başqalaşmalıyıq. Bizə qənim kəsilən insanları dayandırın. San-Fransiskoda gecə saat 4-də səhnədən çıxdım, ayaqlarım şişmişdi, dörd aylıq hamilə idim. Orada uşağımı itirdim. Rafiq Babayev onlara söz verəndə utandım deməyə ki, hamiləyəm”.