“Eurovision-2014” mahnı müsabiqəsinin finalına vəsiqə qazanan 10 ölkənin çıxış ardıcıllığı bugünkü püşkatmada müəyyən ediləcək.
Oxu.Az xəbər verir ki, mayın 8-də “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
Yarımfinal şousu yerli vaxtla saat 00.00-da “B and V” Arenada başlayacaq. Bu şou Danimarkanın rəsmi yayım hüququ olan “DR” telekanalı tərəfindən canlı yayımlanacaq.
İkinci yarımfinal mərhələsində 15 ölkə finala keçmək uğrunda yarışacaq. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcək.
Yarımfinal mərhələsində iştirak edən 15 ölkənin çıxışlarından dərhal sonra 15 dəqiqə ərzində təmsilçilərin səs göndərmək hüququ olacaq.
Finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu tədbirdə püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 10-da “B and V” Arenanın səhnəsində çıxış ardıcıllığı müəyyən olunacaq.
Xatırladırıq ki, final may ayının 10-da baş tutacaq. Ölkəmizi müsabiqədə “Start a fire” mahnısı ilə Dilarə Kazımova təmsil edir.