ATV telekanalında canlı yayımlanan “GÜN KEÇİR” verilişində “Bu şəhərdə”nin aktyorları, Rafael və Coşqun Nanə Ağamalıyevanın suallarını cavablandırarkən maraqlı açıqlama veriblər.
Oxu.Az xəbər verir ki, Coşqun “Bozbash Pictures”də canlandırılan “Fəlakət” obrazının son zamanlar bu qədər çox sevilməsi ilə bağlı bunları söyləyib:
“Çox istedadlıdırlar. Onlarla tez-tez görüşürük. Amma bir az peşəkarlıqlarını artırsalar daha yaxşı olar. Tamaşaçı qarşısına eyni obrazla çıxmaq və o obrazı sevdirmək hər dəfə fərqli obrazla görünməkdən çox asandır. “Fəlakət” obraz olaraq hər dəfə təkrarlanır. Biz hər konsertimizdə ən azı 15 obrazla tamaşaçı qarşısına çıxırıq. Uğurlar arzulayırıq onlara”.
Aytən Sadıqzadə
www.oxu.az