ABŞ-ın “Billboard” dərgisi 2014-cü ildə ən çox qazanan musiqiçilərin siyahısını elan edib.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, Keti Perri siyahıda yer tutan yeganə qadın müğənni olub. Onun ötən ildə ümumi gəliri 30 milyon dollar təşkil edib.
Siyahıdakı digər məşhurları və onların ötən ildəki ümumi gəlirlərini təqdim edirik:
1. “One direction” qrupu, 46 milyon dollar

2. Keti Perri, 30 milyon dollar

3. Castin Timberleyk, 27,9 milyon dollar

4. Coel Billi, 27,2 milyon dollar

5. "The Eagles" qrupu, 26, 2 milyon dollar

6. Pol Makkartni, 23,5 milyon dollar

7. Corc Streyt, 22,5 milyon dollar

8. Cey Zi, 20,2 milyon dollar

9. Ceyson Aldin, 20,2 milyon dollar
