Əfsanəvi supermodel Naomi Kempbell tamamilə gözlənilməz imicilə təəccübləndirib. Belə ki, "D la Repubblica" jurnalının yeni buraxılışının siması olan model pərəstişkarlarının qarşısına sarışın obrazda çıxıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bununla bağlı kadrlar nəşrin sosial şəbəkə hesabından paylaşılıb.
Paylaşımlar istifadəçilər tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.
Qeyd edək ki, Naominin özü həmişə görünüşüylə eksperiment etməyi sevdiyini bildirib.









