Türkiyəli müğənni Demet Akalının “O səs Türkiyə”nin qalibi, həmyerlimiz Elnur Hüseynovu hər zaman dəstəklədiyi hamıya məlumdur. Bunu onun sosial şəbəkədə paylaşdığı statuslardan asanlıqla bilmək olur.
Oxu.Az xəbər verir ki, D.Akalın veriliş boyunca sosial şəbəkədə “Elnur qalib gəlsə, studiyaya pijamada gedəcəyəm” şərhini paylaşıb.
Elnurun qələbəsindən sonra xanım ifaçı sözünə əməl edərək pijamayla studiyaya yollanıb.
Aytən Sadıqzadə
www.oxu.az