Son bir neçə gündə cəbhədən ard-arda gələn ölüm xəbərləri xalqımızı sarsıtdı. İncəsənət nümayəndələri də buna biganə qalmayıb konsertləri, ad günü partilərini təxirə saldılar.
Oxu.Az xəbər verir ki, şəhidlərin ruhunu əziz tutanlar arasında müğənni Elton Hüseynəliyev də var. Müğənni İnstagram səhifəsində bu il doğum gününü qeyd etməyəcəyini bildirib:
“Burada bəzi içiqurdlu, kinli insanlar yazırlar ki, guya ad günü keçirməməklə özümü reklam edirəm. Birincisi, mənim reklama ehtiyacım yoxdur. İkincisi, ata, əmi, dayı hesabına adam olmamışam. Dövlətimizin və özümün çəkdiyim əziyyətlər hesabına sadə insan və müğənni olmuşam. Ad günümü təxirə salmaqla nə qədər üzüldüyümü və ürəyimdə matəm saxladığımı göstərirəm. Ürəkləri Allah bilir. Nə yaxşı ki, əlinizdə bir telefon var, silah olsa, elə bizə atarsız gülləni, şərəfsizlər!”.

Aytən Sadıqzadə
www.oxu.az