Əməkdar artist Elza Seyidcahan “Onlar" verilişinə maraqlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, müğənni yeni layihə üzərində çalışır:
“Yeni layihəmə görə 10 kq arıqlamışam. Hazırda 86 kiloyam, amma 60 kq-a düşmək istəyirəm. Özümə heyran oluram. Bunlar hamısı yeni layihəm üçündür. Mən konsertimdə monotamaşa hazırlayacam. Royalda ifa edib, onun üstündə rəqs edəcəm. 15 ildir ki, mən bunu etmək istəyirdim. Amma Dima Bilan “Eurovision”da bunu etdi.
Seydicahan müsahibəsində qızına 3 gün 3 gecə toy edəcəyini də bildirib:
“Toy yayda, isti havada olacaq. Oğlumun toyunda çox adam məndən küsdü. İndi o insanları qızımın məclisinə dəvət edəcəm. Mərasim açıq havada keçiriləcək. Üç gün üç gecə toy edəcəm. Mənim balam buna dəyər. Kürəkənim şəxsi fotoqrafımdır. Ağıllı övladdır. Bir göz işarəmdən məni başa düşür. Kaş oğlum da bir işarəmdən nə demək istədiyimi başa düşərdi”.

Aytən Sadıqzadə