Əməkdar artist Elza Seyidcahan yenə qalmaqallı müsahibə ilə gündəmə gəldi.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Seyidcahan şou-biznesdəki tac qalmaqalına münasibət bildirib.
“On altı, on yeddi yaşımdan tac qoyuram. Gəlin köçəndən indiyə kimi də başımda tac var. Amma heç zaman demərəm ki, bunu birinci mən etmişəm. Çünki belə şeyləri sevmirəm”.
İfaçı saysız-hesabsız taclara sahib olduğunu bildirib:
“Mən tacı indi-indi taxmıram. Bunu ərə gedəndən, illərdir taxıram. Paltarıma uyğun gəldiyi halda istifadə etməyi xoşlayıram. Mən, hətta uşaqlarımın könlünü açmaq üçün tac taxmışam. Belə ki, onlar balaca olanda, bağçada “qar qız” obrazını yaradanda tac taxmışdım. İndiyə kimi bir çox səhnələrə tacla çıxmışam. Tac mənə yaraşır. Elə bir böyük sənətim var ki, illər boyu danışsaq, uğurlarımı gecə-gündüz sadalasaq gün yetməz. Bu aləmdə bir çoxları özlərini mənə bənzədir. Fərqli, qeyri-adiliyi bir-iki gün edirlər, üçüncü gün isə onu yerə qoyurlar. Çünki bu iş onlarlıq deyil”.