“Möhtəşəm Maşın” şousundan ayrılan müğənni Roza Zərgərli media nümayəndələrinə müraciət edib.
Oxu.Az xəbər verir ki, müğənninin müraciətinə səbəb, adı çəkilən şouda iştirak etdiyi müddətdə şəxsi “İnstagram” və “Facebook” səhifələrinin giriş kodunun sındırılması olub:
“Mənim xəbərim olmadan sosial şəbəkədəki səhifəmin giriş kodlarını sındıraraq, adımdan nalayiq ifadələr, fikirlər, şəkillər paylaşıblar. Məhz bu səbəbdən başıma gələn məsələyə aydınlıq gətirmək, bu işdən hər kəsi xəbərdar etmək istədim. Qeyd etmək istəyirəm ki, mən Azərbaycan müğənnisi və bir xanım olaraq, hər zaman etik normalara riayət edirəm. Mənə qarşı hazırlanan bu plan isə, çox şübhəsiz ki, məni sevməyənlərin işidir. Hazırda bu fakt üzərində araşdırmalar davam edir. Bunu edənlər öz cəzalarını alacaqlar”.

Aytən Sadıqzadə
www.oxu.az