Əməkdar artist Abbas Bağırov küsülü olduğu həmkarlarının adlarını açıqlayıb.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, müğənni “Qonaqlıq” verilişində bildirib ki, həmin həmkarları ilə heç vaxt barışmayacaq:
“Elə müğənnilər var ki, onları məclisdə təqdim eləmirəm. Bu, onların musiqiçilərimə qarşı diqqətsizliklərindən irəli gələn münasibətdir. Bir neçə dəfə elan etdim, gördüm ki, hərəkətləri başqadır. Hamı da elə bilir ki, onlar elə belə də davranmalıdırlar. Bunlar Faiq Ağayev və Elnur Məmmədovdur. Mən olan toyda bu iki ifaçı ola bilməz. İstəmirəm elə insanlarla münasibətim olsun... Olmayacaq da...”.
