“Maşın” realiti-şounun bugünkü buraxılışında gözlənilməz hadisə baş verib.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, verilişin aparıcısı əməkdar artist Murad Dadaşov efirə çıxmayıb.
Onu aparıcılar Mətanət Əliverdiyeva və Hacı Nuran Hüseynov əvəz ediblər.
Hacı Nuran Muradın səhhətində problem olduğunu və bu səbəbdən canlı yayıma gələ bilmədiyini söyləyib:
“Murad bu gün kiçik bir cərrahiyyə əməliyyatı keçirib. Şükür, hər şey yaxşıdır. Göndərmişik onu evə istirahət etsin”.
S.B.
www.oxu.az