“Maşın” şounun növbəti buraxılışında iştirakçıların gizli səsverməsi nəticəsində müğənni Emin Bədəlov yarışmanı tərk etməyə namizəd olub.
Oxu.Az xəbər verir ki, müəllifi və aparıcısı Murad Dadaşov olan proqramda Emin Bədəlov səs yığacağı təqdirdə stilist Anar Ağakişiyevi çıxaracağını deyib.
Emin Bədəlov oyunun əvvəllərində xeyli səs faizi ilə Anar Ağakişiyevi qabaqlamışdı. Lakin oyunun sonlarına doğru müğənninin səs fazizi azalamağa doğru getdi.
Nəticədə oyunun sonunda Emin Bədəlov 41,19% səs toplayaraq oyunu tərk etdi.