46-cı Beynəlxalq Emmi Mükafatlarının namizədləri bəlli olub.
Oxu.Az xəbər verir ki, “Söz” serialında baş rol oynayan Tolqa Sarıtaş “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə yarışa girib.
Tolqa isə “Ən yaxşı kişi aktyor” kateqoriyasında braziliyalı Hulio Andreyd, kanadalı Billi Kempbl, danimarkalı aktyor Lars Mikkelsenlə yarışa girəcək.
Mükafatlandırma gecəsi 19 noyabrda Nyu-Yorkda keçiriləcək.
Pərviz Hüseyn
www.oxu.az