Türkiyəli aktyor Murat Yıldırım dünən axşam mərakeşli model, aktrisa İmane Elbani ilə evlənib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Taksimdəki “CVK Hotel”də təşkil edilən toyda cütlüyün nikahını İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş kəsib. Nikah şahidliyini isə Tarkan Alpay, Göksel Gümüşdağ və gəlinin bacısı Fadwa Elbani edib.
Məşhur simaların qatıldığı mərasimdə gəlinin Mərakeşdən gələn qonaqları da iştirak ediblər.
İmane Elbani gecənin irəliləyən saatlarında ağ gəlinliyini dəyişdirib, xüsusi olaraq onun üçün hazırlanan öz ölkəsinin milli gəlinliyini geyinib. Toyda Mərakeşdən gələn 20 nəfərlik qrup ilahi mahnılar səsləndirib.
Xatırladaq ki, bu ilin noyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Facetime” vasitəsilə Elbaninin atası ilə danışaraq mərakeşli gözəli Murat üçün ailəsindən istəyib.
Aytən Sadıqzadə
www.oxu.az