“Eurovision 2014” mahnı müsabiqsənin keçiriləcəyi Danimarkanın “B&W Hallerne” arenasının səhnəarxası görüntüləri yayılıb.
Oxu.Az eurovision.tv saytına istinadən Avropanın ən böyük şousunun keçiriləcəyi “B&W Hallerne” arenasının səhnəarxası görüntülərini sizə təqdim edir.
Xatırladırıq ki, Dilarə Kazımova “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6-da Kopenhagendə keçiriləcək birinci yarımfinalında səhnəyə 8-ci çıxacaq.
Ümumiyyətlə, 59-cu “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6-da və 8-də yarımfinal, 10-da isə final mərhələsi baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az