Filip Kirkorovun azyaşlı müğənnilərlə birlikdə ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Filip Kirkorov öz repertuarındakı mahnılardan birini “Uşaq Yeni Dalğası -2013” mahnı müsabiqəsinin iştirakçılarından olan azyaşlı azərbaycanlı müğənni Suada Ələkbərova və İvaylo Filipov ilə birlikdə səsləndirib.
Suada sizə, “Uşaq Avroviziyası-2012” və “Uşaq Yeni Dalğası -2013” mahnı müsabiqələrindən tanışdır.
Onlar birlikdə ifa etdikləri mahnını “Rusiya 1” telekanlında “Рождественская песенка года” bayram konserti proqramında səsləndiriblər.

Aytən Sadıqzadə
www.oxu.az