Bir neçə gün əvvəl 75 illik yubileyini qeyd edən Xalq artisti Flora Kərimova doğum günündən sonra kamera qarşısına keçib.

Oxu.Az xəbər verir ki, müğənni yeni fotosessiyasını sosial mediada onu təbrik edib, xoş sözlər yazan milyonlarla sevənlərinə hədiyyə edib.

“Bu doğum günümdən sonra sizinlə birlikdə daha bir ad günümü qeyd edə biləcəyəmi bilmirəm. Bilmirəm cənnət var, yoxsa yox və yaxud mən gələcəkdə harada olacağam? Təkcə onu bilirəm ki, xalqımın belə böyük sevgisinin əhatəsində olduqca özümü cənnətdə hiss edirəm”, - deyə müğənni bildirib.

Qeyd edək ki, fotoların müəllifi Ruslan Teymurfulatovdur. Flora Kərimovanın imici üzərində stilist Anar Ağakişiyev çalışıb.


Aytən Sadıqzadə
www.oxu.az