Teleaparıcı Günay Baxşəliyeva boynuna sarılmış ilanla fotolar çəkdirib.
Oxu.Az xəbər verir ki, aparıcı şəkilləri İnstaqram hesabında paylaşıb.
Fotolar “Məni yarımdan soruş” verilişinin çəkilişi zamanı lentə alınıb.
Qeyd edək ki, bu, zəhərsiz ilan pitondur. Pitonun vətəni Afrika və Asiya sayılır. Dünyanın ən uzun ilanlarından biridir. Uzunluğu 9 metrə qədər ola bilir. Qıvrılıb yığıldıqda isə uzunluğu 2 metrə qədər kiçilir.
Aytən Sadıqzadə
www.oxu.az