Nişanlısı fitnes məşqçisi və model Kənan Əliyevi hamıdan gizlədib, daha sonra isə üzə çıxaran Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Xalid yeni il paylaşımı ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, Aynişan anası ilə birlikdə qollarını çırmalayıb, mətbəxə keçib və yemək bişirib. Onlar əl-ələ verərək milli mətbəximizin nəfis təamlarından olan tənək dolması (red: yarpaq dolması) bişiriblər.
Görüntülərdə Aynişandan daha çox əl-ayağa düşən isə anası Aybəniz Haşımova olub. Diqqət çəkən məqam sənətçinin yemək bişirdiyi vaxt əllərinə əlcək geyinməsi olub.
Beləcə, ana-bala yeni il süfrəsinin bəzəyi olan yarpaq dolmasını bişirib, əl qabiliyyətlərini o ki var tərifləyiblər. Bu addımı ilə Aynişan Xalid mətbəxdəki istedadını və bacarığını sərgiləmiş olub.
Rəşad Əliyev