ATV telekanalının aparıcısı İlkin Həsəni ötən gün ad gününü təmtəraqlı şəkildə qeyd edib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, 30 yaşını keçirən aparıcı bütün dostlarını başına yığıb.
Şəhər otellərinin birində baş tutan gecədə ən diqqətçəkən məqam girişdə İlkinin İnstaqramdan çəkilən şəklinin böyüdülmüş formada qoyulması olub.
Aparıcı üçün ən maraqlı hədiyyələrdən biri də ona təqdim edilən özbək libası idi.
Gecəyə sənət dünyasının tanınmış simaları Afaq Gəncəli, Şəhriyar Əbilov, Samir Bayramlı, rejissor Kənan M.M, müğənni Aysel Əlizadə, repçi Elşad Xose, rəqqasə Oksana və digər məşhurlarda qatılıb.
Oxucularımıza gecədəntoları təqdim edirik.