Jurnalist Əfruzə Ağayeva ilə qalmaqalından sonra “Instagram” hesabı bağlanan məşqçi Kamil Zeynallı səhifəsini yenidən bərpa edib.
Oxu.Az xəbər verir ki, o, sosial şəbəkədə növbəti dəfə təhqir dolu şərh paylaşıb.
“Nə oldu, mənim səhifəmi bağlatdırmışdılar?! Bəzi çaqqal-çuqqalar boş-boş danışırdılar. Özümünkülər ilə kənardakılar sevinirdilər ki, Kamilin səhifəsi bağlanıb. İndi gedin, rədd olun, səviyyəsizlər”, - deyə K.Zeynallı yazıb.
Qeyd edək ki, Ə.Ağayeva ilə K.Zeynallının məhkəmə prosesi davam edir.
A.S.
www.oxu.az