Əməkdar artist Lalə Məmmədova efirdə göz yaşı töküb.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar”a açıqlamasında mərhum türkiyəli ifaçı Kayahanın ölümündən çox təsirləndiyini bildirib:
“Onun nömrəsini telefonumdan heç vaxt silməyəcəm. Məni Laləciyim deyə çağırırdı. Martın 20-də İsveçrədə idim. Biletimi İstanbula aldım ki, gedib onunla görüşüm. Martın 20-də xanımı İpək zəng etdi ki, Kayahanı reanimatsiyaya yerləşdirdik. Ona hədiyyə də almışdım”.