Aktrisa Lindsi Lohan islamı öyrəndiyini və başqa bir dinə etiqad haqqında düşündüyünü etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, “The Sun”a verdiyi müsahibəsində bildirib.
Lohanın sözlərinə görə, ABŞ-da Quranı əslində olduğu kimi qəbul etmirlər.
“Mənim çox zəngin daxili aləmim var və yeni şeyləri öyrənməyə açığam”, - katolik ailədə böyüyən 29 yaşlı aktrisa bildirib. O əlavə edib ki, Quranı sonuna qədər oxumayıb, çünki buna çox vaxt tələb olunur.
Lohan qeyd edib ki, onun kiçik bacısı Eli də islamla maraqlanıb, o artıq katolisizi buddizmə dəyişib.
“Biz hamımız inanırıq ki, hər şey sonunda yaradan və ya ustad ilə əlaqə yaratmaq cəhdinə bağlıdır”, - o deyib.
2015-ci ildə internetdə, aktirsanın əlində Quran olduğu şəkilləri yayılıb. Şəkillər şəbəkələrdə qızğın mübahisələrə səbəb oldu, Lohan onları şərh etməkdən imtina etmişdi.
Son illərdə Lohan tez-tez qalmaqalların mərkəzində olub. O, dəfələrlə alkoqol və narkotik asılılıqdan müalicə alıb, bir neçə dəfə məhkəmə qarşısına çıxmalı olub.
Aktrisa yol hərəkəti qaydalarını pozmaqda ittiham edilib.