Amerikalı müğənni Madonna illər əvvəl övladlığa götürdüyü iki uşağının vətəni Malaviyə yola düşüb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, Malavinin inkişafı üçün ictimai kömək təşkilatlarından birinə könüllü olaraq qoşulan 56 yaşındakı ulduz, oğlu David və qızı Mercy ilə birlikdə Kasungu şəhərinə səfər edib. Madonna burada yüzlərlə malavili uşaqla görüşüb.
Uşaqlarla xatirə şəkli çəkdirən müğənni, böyük xoşbəxtlik yaşayan oğlu və qızı ilə də zarafatlaşıb. 2006 və 2009-cu illərdə səfər etdiyi ölkədə övladlığa uşaq götürən Madonnanın bu səfərində də yenə bir uşağı övladlığa götürəcəyi deyilir.
Aytən Sadıqzadə