ARB TV-də yayımlanan “Gəlin danışaq” proqramının növbəti qonağı Əməkdar artist Manana Caparidze olub.
Oxu.Az day.az-a istinadla xəbər verir ki, olduqca pozitiv görünüşdə və maraqlı açıqlamaları ilə diqqət çəkən Əməkdar artist özünü həm azərbaycanlı, həm gürcü kimi hiss etdiyini bildirib:
“Azərbaycanlılar çox qonaqpərvərdirlər. O qədər oxşarlıqlar var ki, mən bilmirəm, valideynlərim gürcüdürlər, ya azərbaycanlı”.
Manana daha sonra nənəsinin azərbaycanlı olduğunu da vurğulayıb:
“Mənim anamın nənəsi azərbaycanlı olub. Böyük nənəm azərbaycanlı idi. Babamın adı isə Telmandır”.
A.S.
www.oxu.az