“Formula-1” yarışları və onun yaşatdığı həyəcan davam edir.
Oxu.Az xəbər verir ki, yarışlar çərçivəsində dünyanın müxtəlif ölkələrindən bir çox məşhur bloqerlər ölkəmizin qonağıdır.
Bunlar arasında türkiyəli aktyor, bloqer Anıl Altan, youtuber Berkcan Güven, iranlı bloqer Sədəf Taherian və avstraliyalı model Mariam Rod da var.
Onlar Bakını gəzib, milli mətbəximizin ləziz təamlarından dadıb və “Formula-1” yarışları barədə xoş təəssüratlarını sosial şəbəkə hesablarında paylaşıblar.
1,2 milyon izləyicisi olan Anıl da paytaxtımızda lentə aldığı maraqlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Dilşad Bəhruzqızı