Holzi adı ilə tanınan amerikalı müğənni Eşli Francipani Los-Ancelesdə zərər çəkənlərə tibbi yardım göstərib.
“ActualNews”un məlumatına görə, müvafiq fotonu müğənni özünün “Instagram” hesabında paylaşıb.
“Tibb işçilərimizin COVID-19-la mübarizəyə başları qarışıb, ölkədə demək olar ki, heç bir tibb xidmət əlçatan deyil”, - deyə müğənni yazıb.
Onun sözlərinə görə sinə, üz və kürəyindən yaralanan şəxslərə ilkin tibbi yardım göstərib.
“Hər tərəfim günahsız insanların qanına bulaşmışdı”, - deyə müğənni əlavə edib.