Romantik mahnıları qədər seksual imici ilə də diqqət çəkən türkiyəli müğənni Göksel “fiziki görkəmi” mövzusunda yaşadığı böyük dəyişikliyi “Həftə Sonu” jurnalına açıqlayıb.

"1997-ci ildə daha çox uşaq görkəmli bir imicim var idi, seksual olmaqdan çəkinirdim. Lakin illər keçdikcə qadın tərəfimlə barışdım. Özümlə, fiziki görünüşümlə çox xoşbəxtəm”.

“Ona görə artıq öz vücudumu tamamilə gizlətməyə ehtiyac duymuram " deyən Göksel eşq mövuzusuna da toxunub: "Eşq olmasa, mən də olmazdım. Amma eşq mənim üçün ancaq sevgi əlaqəsi və sevgi münasibətləri demək deyil”.

"Platonik eşqə çox inanıram, xəyallarımızda yaşayıb böyütdüyümüz bir şey məni daha çox çəkir. Sevgi münasibətlərində isə daha nizamlı və təkrarlanan bir şey var. Bu aralar özümü kiminləsə sevgi münasibəti qurmağa hazır hiss etmirəm ".

Aytən Sadıqzadə