Müğənni Kərimim toyda döyülməsindən sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.
OLAY müğənninin sağlamlıq vəziyyəti ilə bağlı məlumat almaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.
TƏBİB-dən qeyd edilib ki, sözügedən hadisə doğru olsa da, K.Abasovla bağlı bir məlumatları yoxdur:
"Bu hadisə "Platin" şadlıq sarayında baş verib. Lakin sizin qeyd etdiyiniz şəxs bizə müraciət etməyib. Buna görə də, bir məlumat verə bilmirik. Sadəcə onu deyə bilərik ki, o, özəl tibbi müəssisələrdən birinə müraciət edib. O da bizim tabeliyimizdə deyil".
"Müğənni Kərim toyda döyülməsi ilə bağlı təhqiqat araşdırması başlanılıb".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib.
"Sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasovun fonoqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
Əzizə İsmayılova
Müğənni Kərim toyda döyülüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.
Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Faktla bağlı araşdırma gedir.
Rəylər