Amerikalı məşhur reper İkszibit toy günü polislər tərəfindən saxlanılıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, Koliforniya ştatında Krista Jyner adlı xanımla evlənən reperin toy günü sürət həddini keçdiyi və içkili olduğu məlum olub. Buna görə polislər 40 yaşlı reperi şöbəyə aparmalı olublar.
İkszibit 1 gün polis məntəqəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.