Azərbaycanın əməkdar artistləri Aybəniz Haşımova, Firuzə İbadova, müğənni Xədicə Abbasova və digər sənət adamlarının 29 il bundan əvvəl birgə çəkdirdiyi fotosu üzə çıxıb.
Oxu.Az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova fotonu Facebook hesabında paylaşaraq şərh yazıb:
“Bu şəklin dövrü 1985-ci ildir. Moskvada keçirilən Tələbələrin və Gənclərin Ümumdünya festivalı. Oturduğumuz məkan Azərbaycana aid kompleksdir. Mənimlə birgə uşaqlıq dostum dəyərli sənətkar Zakir Əliyev, Anar Ağayev, dəyərli sənətkar Firuzə İbadova, Xədicə Abbasova, böyük ustad Aftandil İsrafilov, Sərxan-Sərxan və digər sənət nümayəndələri iştirak edirdi. Bu günlərdə orada təltif olunduğum sənədi də sizə təqdim edəcəm, əzizlərim”.
Aytən Sadıqzadə
www.oxu.az