Şou əhlinin oxuyub-oynaması, həmkarları ilə dava-dalaşı, efirlərdə çıxardıqları oyunları və göstərdikləri qeyri-adi şouları sosial mediada tez-tez müzakirə predmeti olur.
Məşhurlardan kimisi efirdə mədəniyyətdən danışıb, sonra “ağzıgöyçəklik” edir, kimisi oxumaqla yanaşı, gimnastik hərəkətlərlə “dombalaq aşır”, kimisi isə ifası zamanı gah yanır, gah yıxılır. Onların bu addımları gündəmin əsas mövzusu olur.
Oxu.Az efirlərdə gözlənilməz hadisələrlə üzləşən məşhurları təqdim edir:
Həm hərəkətləri, həm də dilə gətirdiyi kəlmələrlə daim özünü unudulmağa qoymayan müğənni Nadir Qafarzadə “Dalğa” TV-də yayımlanan “Zümrüdlə gün ortası” verilişində yoqa etməsi ilə gündəmə gəlib.
Belə ki, yoqa məşqçisinin yardımı ilə başı üstdə dayanmağa çalışan Nadir “Ay bala, lütləndim, hər şeyimi gördünüz” deyərək qonaqların üzünü güldürsə də, izləyiciləri yaman qəzəbləndirib.
Onlar Nadir Qafarzadənin bu hərəkətini ona yaraşdırmayıblar və efir etiketinə zidd olduğunu yazıblar.
Rəşad Əliyev