Pamela Anderson ikinci dəfə evləndiyi həyat yoldaşı Rick Salomondan rekord bir rəqəmlə ayrılıb.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, amerikalı aktrisa və fotomodel Pamela Anderson üçüncü həyat yoldaşı Rick Salomondan rəsmi olaraq ayrılıb. Salomona boşanma iddiası açmasının səbəbinin həddindən artıq qısqanclıq olduğunu söyləyən Andersonun boşanma prosesi Salomonun ona 1 milyon dollar təzminat ödəməsi ilə sona çatıb.
Qeyd edək ki, 2007-ci ildə evlənib bir il sonra boşanan cütlük 2014-ci ildə barışaraq yenidən evlənmişdi.
Aytən Sadıqzadə
www.oxu.az