Azərbaycanın ilk dəfə təmsil olunduğu Miss Supranational – 2013 beynəlxalq gözəllik müsabiqəsinin pərdəarxası görüntüləri yayımlanıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu yarışda ölkəmizi 20 yaşlı Samirə Akmanova təmsil etmişdi.
Tamaşaçıları heyran qoymuş “Miss Supranational – 2013” müsabiqəsi yüksək səviyyədə keçirilib.
Bu gün isə həmin müsabiqənin pərdəarxası görüntüləri yayımlanıb.
Həmin görüntülərdə Azərbaycanı yarışda təmsil etmiş Samirə Akmanovanın səhnədəki çıxışları yer alıb.