Müğənni Nazənin məsələyə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın əməkdaşı ilə söhbətdə müğənni bildirib:
"Oğlum ilk həyat yoldaşından ayrılıb. Evliliyi qısa çəkdiyi üçün övladı olmayıb. İndi Astaradan tanıyıb-bildiyim bir ailənin qızı ilə evləndirmişəm. Xanımın adı Arzudur. İkinci evliliyi olduğu üçün qabartmadım, mediaya yaymadım. Oğlum subay olanda o qadının qızı ilə görüşüb. Hər subay kişi kimi Fəxrinin də qadınla görüşmək haqqı var. Qadın qızını qızuşağı kimi qələmə verməsin. Həmin qız 13 yaşında ərə gedib və mənim oğlumla görüşəndə boşanmışdı, bir oğlu da var. Fəxrinin evləndiyini eşidən gündən zəng vurub şantaj edir. Biz də Xətai Rayon Polis şöbəsinə şikayət etmişik. Qızın yazdığı mesajlar, zəng vurduğu nömrələr qalıb. O qız oğlumun ailəsini yenidən dağıtmağa çalışır, amma buna icazə verməyəcəm. O ana oğlumdan şikayət etməkdənsə, gedib qızına sahib çıxsın".
Müğənninin övladından şikayət edən Arzu Heydərova açıqlamasında bunları deyib:
"Mənim qızımı Nazəninin oğluna ərə vermək iddiam yoxdur. Ona görə verilişə çıxmamışam. Ondan nə alacağım, nə də verəcəyim yoxdur. Nazəninlə nə işim var? Oğlu qızımı dəli edib, övladım evdən qaçıb. Dünən verilişdən sonra mənimlə əlaqə yaratdı, danışdıq, amma qorxusundan gəlmir. Nazənin məndən polisə şikayət edib. Nə səbəbə? O puluna güvənir, mən də dövlətimə. Oğlu dörd arvad alıb. Birincini 6 ay saxlayıb, 5 yaşında uşağı var. Mənim qızımın uşağı yoxdur, yalan söhbətdir".
15:18
ATV telekanalında yayımlanan "Öz aramızda" verilişində maraqlı anlar yaşanıb.
Oxu.Az ATV.az-a istinadən məlumat verir ki, aparıcı Zaur Baxşəliyevin İnstagram səhifəsinə gələn mesaj hər kəsi şoka salıb. Arzu Heydərova adlı qadın sosial şəbəkədə aparıcıdan kömək istəyib: "Ay oğlum mən ölürəm. Qızım 3 gündü yoxdur. Mənim uşağımın həyatını müğənni Nazəninin oğlu məhv etdi, kömək elə".
Həmin qadın daha sonra efirə zəng edib və bildirib ki, qızı həmin müğənninin oğlundan iki aylıq hamilədir. Və müğənninin oğlu onu aldatdığı və başqası ilə evləndiyi üçün qız 3 gündür ki, evdən qaçıb.
Qadının "Öz aramızda" verilişində səsləndirdiyi şok iddialarını və sosial şəbəkədə Zaur Baxşəliyevin səhifəsinə yazdığı fikirləri sizə təqdim edirik: