Misirin tanınmış ifaçılarından biri olan Şirine Əbdülvahaba konsert proqramı zamanı etdiyi zarafata görə 6 ay həbs cəzası verilib.
Oxu.Az “Vatan”a istinadən xəbər verir ki, fanatları müğənnidən “Heç Nilin suyundan içdinmi?” mahnısını səsləndirməsini istəyib. O, isə cavabında Nil çayından parazitə yoluxa biləcəyini söyləyib.
Qahirə məhkəməsi müğənnini yalan məlumat yaymaqda ittiham edib və onu cəzalandırıb.
Pərviz Hüseyn
www.oxu.az