Türkiyənin istedadlı və yaraşıqlı müğənnilərindan olan Murad Boz əməliyyat olunub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ifaçı 2012-ci ildə sallaq sinəsi ilə obyektivlərə tuş gəlmiş və görüntüsü ilə pərəstişkarlarını şok etmişdi. Deformasiya olmuş bədəninin mətbuatda xəbər kimi yer almasından sonra pop ifaçısı bir müddət jurnalistlərlərdən incimişdi.

İllər sonra Murad Bozun görünüşündən narahat olduğu yenidən gündəmə gəlib.
“Söylemezsem olmaz” proqramının əldə etdiyi məlumata görə, Murat Boz şənbə günü səhər saatlarında sinə kiçiltmə əməliyyatı keçirib.

Beləliklə, müğənni onu narahat edən görünüşündən xilas olub.
Aytən Sadıqzadə
www.oxu.az